Bank Of Baku

Azərbaycanda alternativ mənbələrdən əldə olunan enerji üzrə tariflərin müəyyənləşdirilməsi üçün təkliflər hazırlanır

Azərbaycanda alternativ mənbələrdən əldə olunan enerji üzrə tariflərin müəyyənləşdirilməsi üçün təkliflər hazırlanır
# 30 aprel 2010 10:39 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Sənaye və Energetika Nazirliyi Bərpa Olunan və Alternativ Enerji Mənbələri Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib.

C.Məlikovun sözlərinə görə, artıq nazirlik 2015 və 2020-ci illərə qədərki dövrü əhatə edən tədbirlər planı hazırlayır.

Agentlik nümayəndəsinin sözlərinə görə, bəzi ərazilərdə geotermal sulardan istifadə imkanları da mövcuddur: «Tək günəş və küləkdən bəhrələnə bilməyəcəyik. Bizim üçün maraqlı planlar sırasında bioqazdan, geotermal mənbələrdən, kiçik çayların enerjisindən istifadə və s. var. Bu gün Azərbaycan üçün daha real potensial günəş, külək və biopotensialdan enerjinin alınmasıdır».

C.Məlikov onu da qeyd edib ki, hazırda alternativ mənbələrdən əldə olunan enerji üzrə tariflərin müəyyənləşdirilməsi üçün təkliflər hazırlanır. Təkliflər hazır olandan sonra təsdiq üçün Tarif Şurasına təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR