Bank Of Baku

Sumqayıtda beynəlxalq konfrans keçiriləcək

Sumqayıtda beynəlxalq konfrans keçiriləcək
# 30 aprel 2010 10:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin may ayında Azərbaycanın Sumqayıt şəhərində “Çirklənmiş ərazilərin idarə edilməsi - keçid iqtisadiyyatı ölkələri üçün inkişaf imkanları” adlı beynəlxalq konfrans keçiriləcək.

Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

Konfrans Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) tərəfindən həyata keçirilən “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində reallaşdırılacaq. Almaniya ilə yanaşı, bir neçə Avropa və MDB ölkəsindən 50-dək yerli və xarici ekspertlərin iştirak edəcəyi konfransın təşkilatçıları Sumqayıt və Lüdviqshafen partnyor şəhərləri, həmçinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti mütəxəssislərinin Assosiasiyasıdır.

Qeyd edək ki, 30 ildən artıqdır qardaşlaşmış şəhər əlaqəsinə malik olan Sumqayıt şəhəri ilə Almaniyanın Lüdviqshafen şəhərləri 2002-ci ildən etibarən GTZ-nin “Almaniya-Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” layihəsində iştirak edir. Ötən müddətdə layihəyə əsasən alman mütəxəssislərin iştirakı ilə Sumqayıtda şəhər təsərrüfatının idarə olunması, ekologiya, təhsil və bir sıra digər sahələrdə müxtəlif tədbirlər həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR