Bank Of Baku

Bakıda alternativ enerji mənbələri mövzusunda dəyirmi masa keçirilib

Bakıda alternativ enerji mənbələri mövzusunda dəyirmi masa keçirilib
# 30 aprel 2010 12:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda «Ekologiya və alternativ enerji mənbələri: reallıqlar, problemlər» mövzusunda dəyirmi masa keçirilib.

«APA-Economics»in məlumatına görə, Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondu tərəfindən keçirilən dəyirmi masada müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən fondun prezidenti Rauf Sultanov bildirib ki, yaxın gələcək üçün ənənəvi enerjidən istifadənin azaldılması, tədricən alternativ enerji mənbələri hesabına istehsalı çoxaltmaq Avropa İttifaqı ölkələrinin hədəfindədir. Yaxın perspektivdə Avropa İttifaqına üzv ölkələr enerji tələbatının 20-30%-ə qədərini alternativ enerji mənbələri hesabına ödəməyi planlaşdırır, dünyada isə istehsal olunan elektrik enerjisinin 13,5%-ni alternativ mənbələr təşkil edir.

Sənaye və Energetika Nazirliyinin Bərpa olunan və Alternativ Enerji Mənbələri Agentliyinin direktor müavini Cəmil Məlikov Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi ilə bağlı planlaşdırılan tədbirlərdən danışıb.

AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehdiyeva isə bu sahə üzrə Azərbaycanda kifayət qədər müəlliflik işi olduğunu, onların böyük hissəsinin patentləşdirildiyini qeyd edərək bu yerli potensialdan istifadənin vacibliyini vurğulayıb.

Dəyirmi masada alternativ enerji mənbələrinin ekoloji və iqtisadi cəhətdən əhəmiyyəti, BMT-nin dünyada həyata keçirdiyi ekoloji siyasət, Azərbaycanda günəş enerjisi mənbələrinin resursları və onun istifadəsi problemləri və s. müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR