«Azəriqaz» İstehsalat Birliyi: Bu ilin I rübündə ölkədə qazlaşdırma səviyyəsi 95%-ə çatdırılıb
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ötən müddət ərzində ARDNŞ tərəfindən ölkənin təbii qazla təmin olunmasında mühüm rola malik yeraltı qazsaxlama anbarlarının tutumunun 3 mlrd. kubmetrədək genişləndirilməsi, anbarlara qazın vurulması və götürülməsi məqsədilə səmərəliliyin artırılması istiqamətində genişmiqyaslı tədbirlər aparılıb, qaz kəmərlərinin çəkilməsi, yeni kompressor stansiyalarının tikintisi sürətləndirilib.
Qeyd edək ki, ölkədə qazlaşdırma səviyyəsi 95%-ə çatdırılıb. Belə ki, «Azəriqaz» tərəfindən Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Sabunçu, Xətai, Nizami, Qaradağ rayonlarının qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və sayğacların fərdi həyətlərdən çıxarılması məqsədilə 146,7 kilometrlik boru xətləri çəkilib. Həmçinin Abşeron rayonunun 9 kəndinin qazlaşdırılması məqsədilə müxtəlif diametrli 47,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.
Regionların, xüsusən də sərhəd bölgələrinin qazlaşdırılmasına da xüsusi diqqət yetirilir. Bu baxımdan Gədəbəy rayonunun Novosaratovka, Qaramurad, Ataxal kəndlərinin qazlaşdırılması məqsədi ilə «Gədəbəy-Novosaratovka» qaz kəmərinin tikintisi işləri davam etdirilib, kəmərin 6,3 kilometr uzunluğunda hissəsi istismara verilib. Gədəbəyin Qaraməmmədli kəndinin, Füzuli rayonunun Horadiz qəsəbəsinin qazlaşdırılması məqsədi ilə ümumilikdə 45 kilometrlik boru xətləri çəkilib. Füzulinin Arayatlı və Babı kəndlərinin, Beyləqan şəhər mərkəzinin və rayondakı Sitçilik RTS qəsəbəsinin, habelə Şamaxının Şirvan, Saqiyan və Şərədil kəndlərinin, Qobustan rayonun Hilmilli qəsəbəsinin qazlaşdırılması işləri də uğurla davam etdirilir. Artıq Ağsu rayonunun Ərəbsərvan, Bəyimli, Çiyni, Hacıqədirli və Göydəlləkli kəndlərinin, Masallı şəhərinin, Tərtərin Qaynaq, Qapanlı və Qazyan kəndlərinin, Balakənin Katex kəndinin, Hacıqabul, Neftçala, İsmayıllı, Naftalan və Şabran rayon mərkəzlərinin qaz təchizatı şəbəkəsinin yenidən qurulmasına başlanılıb, bu məqsədlə ümumi uzunluğu 158 kilometrdən çox qaz xətləri çəkilib.
Birliyin qarşısında duran təxirəsalınmaz məsələlərdən biri də qazın qəbulu, paylanması və istehlakı zamanı yaranan itkilərə yol verməmək üçün qazdan qeyri-qanuni istifadənin, sayğaclara kənar müdaxilələrin qarşısının alınması, qaz sızmalarının aşkarlanıb ləğv edilməsi, qazpaylama məntəqələrində və ölçü qovşaqlarında nəzarətin gücləndirilməsi və qazdan istifadənin dəqiq uçotunun aparılmasıdır. Bu məqsədlə Birlikdə daimi fəaliyyət göstərən komissiya yaradılıb, 2010-cu il üçün həyata keçiriləcək işlərin planı hazırlanıb. Tədbirlər planına əsasən, Şimal və Qərb istiqamətində magistral qaz kəmərlərində əsaslı təmir işlərinin aparılması ilə yanaşı Astara və Hacıqabul qazpaylayıcı stansiyalarında yenidənqurma tədbirlərinə başlanılıb. Cari ilin birinci rübündə magistral, daşıyıcı və şəbəkə qaz kəmərlərində 15500 sızma faktı aşkarlanmış və vaxtında bərpa olunub. Aparılan monitorinqlər nəticəsində əhali arasında qaz xəttinə 753 qeyri-qanuni qoşma faktı müəyyən olunaraq qaz kəmərindən ayrılıb. Bu müddət ərzində 300-ə yaxın sayğaca kənar qoşmalar, 250 üfüqi vəziyyətə gətirilmiş sayğac, sayğaclara müdaxilə halları və qeydiyyatsız əhali abonentləri aşkarlanaraq müvafiq tədbirlər görülüb.
Xəbər Lenti
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
Ukrayna Volqoqradda "İsgəndər" komplekslərinin istehsal olunduğu müəssisəni vurub - VİDEO
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB
Venesuelada zəlzələdə ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər yaralanıb, 50 mindən çox insan itkin düşüb - VİDEO - YENİLƏNİB-5
Azərbaycanın namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib
Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq
Oman Avropaya Hörmüz boğazından keçmək üçün mümkün rüsumlarla bağlı xəbərdar edib
Səfərbərlik Xidmətinin rəisi: Hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət gündəlikdə deyil - MÜSAHİBƏ
Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Nazir: Hörmüz boğazında qalan Türkiyə gəmiləri bölgədən ayrılıb
Kadir İnanır vəfat edib
Putin Lukaşenko ilə görüşüb
Putin orduda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib
İsrail ordusu: Livanın cənubunda 7 "Hizbullah" üzvü öldürülüb
Türkiyədə fişəng fabrikində partlayış baş verib, ölən və xəsarət alan var
Fransada anomal istilərdə ölənlərin sayı 55-ə çatıb
FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB