Bank Of Baku

«Günəşli» yatağında 3 yeni quyu istismara verilib

«Günəşli» yatağında 3 yeni quyu istismara verilib
# 30 aprel 2010 15:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «SOCAR-AQŞ» MMC bir müddət əvvəl «Günəşli» yatağında 3 quyuda (13 saylı platformada dərinliyi 3612 metr olan 313 nömrəli quyu, dərinliyi 3777 metr olan 311 nömrəli quyu, 11 saylı platformada isə dərinliyi 3937 metr olan 59 nömrəli quyu) tikinti işlərini başa çatdırıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, quyular artıq «28 May» Neft-Qaz Çıxarma İdarəsinin istismar quyu fonduna daxil edilib. Həmçinin 313 nömrəli quyu sutkada 40 ton kondensat, 210 min kubmetr qaz, 311 nömrəli quyu 50 ton kondensat, 320 min kubmetr qaz, 59 nömrəli quyu isə 40 ton kondensat, 200 min kubmetr qaz hasilatı ilə işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR