Bank Of Baku

Rusiya neftin ixracat rüsumunu 284 dollaradək artırır

Rusiya neftin ixracat rüsumunu 284 dollaradək artırır
# 01 may 2010 08:58 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gündən etibarən Rusiya xam neftin ixracat rüsumunu 268,9 dollardan 284 dollaradək artırıb.

APA-Economics”in məlumatına görə, bu qiymət artımı Rusiya hökumətinin qətnaməsində nəzərdə tutulub. Şəffaf neft məhsullarının ixracat rüsumu 193,5 dollardan 203,7 dollaradək, qara neft məhsullarının isə 104,2 dollardan 109,7 dollaradək artacaq.

Xatırladaq ki, ötən il dekabrın 1-dən hökumət Şərqi Sibir yataqlarından neftin ixracatına sıfır dərəcəli rüsum tətbiq edib. Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Şərqi Sibir neftinin ixracat rüsumu neft və neft məhsulları rüsumlarının hər ay təyin edilməsi ilə yanaşı, ayda bir dəfə rejimində sıfırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR