Bank Of Baku

Dağıstanda qazpaylayıcı stansiyalarla əlaqə operatoru məntəqəsinə silahlı hücum olub

Dağıstanda qazpaylayıcı stansiyalarla əlaqə operatoru məntəqəsinə silahlı hücum olub
# 03 may 2010 07:25 (UTC +04:00)
Bakı – APA-Economics. Dağıstanın Qarabadaxkən rayonunun Kakaşura kəndində naməlum şəxslər respublikanın qazpaylayıcı stansiyalarla əlaqə operatorunun məntəqəsinə hücum ediblər.

APA-Economics”in “İnterfax”a istinadən məlumatına görə, hadisə bu gün saat 5:30 radələrində baş verib.

On nəfərdən ibarət silahlı qrup operator məntəqəsinin yaşayış yerindən operatoru, onun həyat yoldaşını və uşağını bayıra çıxarıblar, daha sonra isə atəş açaraq avadanlığı sıradan çıxarıblar. Cinayətkarlar operatorun evini də yandırıblar.

Məntəqə yaxınlığındakı mobil rabitə qülləsinə də atəş açıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR