Bank Of Baku

Bakıda Xəzərdə neft-qaz əməliyyatlarının ekoloji və investisiya riskləri ilə bağlı toplantı keçiriləcək

Bakıda Xəzərdə neft-qaz əməliyyatlarının ekoloji və investisiya riskləri ilə bağlı toplantı keçiriləcək
# 03 may 2010 13:31 (UTC +04:00)
Bakı – APA-Economics. Gələn həftə Bakıda Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) növbədənkənar iclası keçiriləcək.

CEİBC-dan “APA-Economics”ə verilən məlumata görə, iclasın mövzusu “Meksika körfəzindəki ekoloji fəlakətlə əlaqədar Xəzərdə neft-qaz əməliyyatlarının ekoloji və investisiya riskləri” olacaq.

Tədbirin əsas məqsədi Meksika körfəzində yaranmış kritik ekoloji vəziyyətin qarşısının alınması imkanlarının öyrənilməsi, bazar kapitallaşmasının aşağı düşməsi ilə investisiya risklərinin mümkün kəskinləşməsidir.

CEİBC-in prezidenti və icraçı direktoru Telman Əliyev bildirib ki, Xəzər-Qara dəniz regionunda neft-qaz əməliyyatlarının həcmini və tempini, eləcə də 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunmasını nəzərə alaraq ekoloji təhlükəsizlik problemləri daha çox aktuallıq kəsb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR