Bank Of Baku

«Azərikimya» Dövlət Şirkətinin ARDNŞ-in struktruna daxil edilməsi ilə bağlı Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilib

«Azərikimya» Dövlət Şirkətinin ARDNŞ-in struktruna daxil edilməsi ilə bağlı Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilib
# 03 may 2010 14:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Azərikimya» Dövlət Şirkətinin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) struktruna daxil edilməsi ilə əlaqədar olaraq bəzi qərarlarında dəyişikliklər edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, ləğv edilən «Azərikimya» Dövlət Şirkətinin adı «Azərbaycan Respublikası nazirlikləri, komitələri, baş idarələri dövlət konsern və şirkətlərinin mərkəzi aparatının ştat və xidməti minik avtomobillərinin sayının müəyyən edilməsi Cədvəli»ndən, «Azərbaycan Respublikası tərəfindən MDB iştirakçısı olan dövlətlərin müəssisələri və təşkilatları ilə istehsalat kooperasiyasının və ixtisaslaşmanın qorunub saxlanması və inkişafına dair sahə və sahələrarası sazişləri bağlayan və icrasını təmin edən nazirlik, komitə, şirkət, konsern, birlik və təşkilatların Siyahısı»ndan, həmçinin Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının elektroenergetika kompleksinin dayanıqlı işini və enerji ehtiyatlarının istifadəsində qənaəti təmin edən təxirəsalınmaz tədbirlər haqqında» və «İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında» qərarlarından, habelə «İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2010-cu ildə aparılacaq monitorinqin qrafiki»ndən çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR