Bank Of Baku

“Enerjiyə qənaət sahəsində texniki tənzimləmə və standartlaşdırma sisteminin inkişafı Proqramı”nın layihəsi Azərbaycan hökumətinə təqdim olunub

“Enerjiyə qənaət sahəsində texniki tənzimləmə və standartlaşdırma sisteminin inkişafı Proqramı”nın layihəsi Azərbaycan hökumətinə təqdim olunub
# 03 may 2010 15:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda “Enerjiyə qənaət sahəsində texniki tənzimləmə və standartlaşdırma sisteminin inkişafı Proqramı”nın layihəsi hazırlanıb.

Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən məlumat verilib.

Komitə tərəfindən hazırlanmış Proqramın layihəsi müvafiq dövlət qurumlarının rəy və təkliflərinin alınması üçün Nazirlər Kabinetinə təqdim edilib.

Proqramın əsas məqsədləri ölkənin yanacaq-enerji ehtiyyatlarının qənaəti ilə bağlı problemlərin həlli, ehtiyatların effektivliyinin artırılması, iqtisadiyyatın səmərəli inkişafı, ekoloji vəziyyətin yaxşılaşdırılması və yerli məhsulların rəqabət imkanlarının artırılması ilə bağlı mövcud olan beynəlxalq və regional standartlar əsasında milli standartların hazırlanmasından ibarətdir. Ümumilikdə bu sahədə 69 milli standartın qəbul edilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR