Bank Of Baku

AGRI layihəsinin icrası ilə bağlı hazırlıq işləri 2014-cü ildə tamamlanacaq

AGRI layihəsinin icrası ilə bağlı hazırlıq işləri 2014-cü ildə tamamlanacaq
# 04 may 2010 07:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan, Gürcüstan və Rumıniya arasında təbii qazın nəqlini nəzərdə tutan AGRI layihəsinin hazırlıq işləri 2014-cü ildə - «Nabucco» kəməri istismara buraxılana qədər istifadəyə veriləcək. «APA-Economics»in məlumatına görə, bunu Rumıniyanın «The Diplomat» qəzetinə bu ölkənin iqtisadiyyat, ticarət və biznes mühiti naziri Adrean Videanu bildirib.

A.Videnaunun sözlərinə görə, hər üç ölkə Gürcüstan və Rumıniyada maye qaz terminalının tikintisinin texniki iqtisadi əsaslandırması layihəsinin hazırlanması üçün Buxarestdə şirkət yaratmağı razılaşdırıb. AGRI layihəsinin ümumi dəyəri 4-6 mlrd. avro həcmində qiymətləndirilir.

Nazir həmçinin qeyd edib ki, gələcəkdə Azərbaycan qazının Avropa İttifaqına üzv olan ölkələrə ixrac etmək üçün Rumıniyanın Konstansa şəhərindən Bolqarıstan və Macarıstana iki ayrı boru kəmərinin çəkilməsi də nəzərdə tutulur.

Nazir həmçinin əlavə edib ki, layihənin birinci mərhələsində hər il 8 mlrd. kubmetr, gələcəkdə isə 20 mlrd. kubmetr həcmində qazın nəqli planlaşdırılır. Layihə çərçivəsində Rumıniyanın Konstansa, Gürcüstanın isə Kulevi limanlarında maye qaz terminalları yaradılacaq.

Qeyd edək ki, Rumıniya, Azərbaycan və Gürcüstan arasında AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu ilin aprelin 13-də Buxarestdə imzalanıb. AGRI layihəsinin gələcəkdə Azərbaycan təbii qazının boru xətləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılacaq, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR