Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti avtomobil benzininin ixracını 40% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti avtomobil benzininin ixracını 40% artırıb
# 05 may 2010 06:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi aprel ayında 18 648 ton avtomobil benzini, 130 189 ton dizel yanacağı, 10 924 ton təyyarə yanacağı ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Mart ayı ilə müqayisədə şirkət avtomobil benzininin ixracını 40% artırıb, dizel yanacağının ixracını 36,3%, təyyarə yanacağının ixracını isə 3,5% azaldıb.

Ümumilikdə, 2010-cu ilin yanvar-aprel ayları ərzində 50 813 ton avtomobil benzini, 580 798 ton dizel yanacağı, 37 220 ton təyyarə yanacağı, 235 ton soba mazutu ixrac edilib.

Cari ilin aprel ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 778,09 ABŞ dolları, təyyarə yanacağının – 741,55 dollar, dizel yanacağının – 702,75 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 492,18 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR