Bank Of Baku

“Nabucco” üzrə Türkmənistanla sazişin imzalanması 2010-cu ilin sonunadək təxirə salınıb

“Nabucco” üzrə Türkmənistanla sazişin imzalanması 2010-cu ilin sonunadək təxirə salınıb
# 05 may 2010 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Almaniyanın «RWE» energetika konserni ilə Türkmənistan arasında «Nabucco» qaz kəməri üçün mavi yanacağın tədarükü haqqında razılıq 2010-cu ilin sonunda imzalanacaq.

«APA-Economics»in «Reuters»ə istinadən verdiyi məlumata görə, bu barədə «RWE» şirkətinin enerji təchizatı şöbəsinin rəhbəri Ştefan Yudiş (Stefan Judisch) bildirib.

Onun sözlərinə görə, sazişin imzalanmasının tarixi ölkələr arasında siyasi razılıqdan asılıdır. Bundan öncə şirkətin nümayəndələri Türkmənistanla «Nabucco» qaz kəməri üçün mavi yanacağın tədarükünə dair müqavilənin 2010-cu ilin birinci yarısında imzalanacağını bildirmişdilər.

Qeyd edək ki, «Nabucco» üzrə əsas qaz təchizatçıları Azərbaycan, Türkmənistan və İran sayılır. Lakin qaz təchizatına dair yazılı razılaşmaların olmaması layihənin ləngiməsinə səbəb olur.

Xatırladaq ki, sözügedən qaz kəmərinin inşasına başlanması 2014-cü ildə planlaşdırılırdı, lakin sonradan “Nabucco”nun tikintisinə ən yaxşı halda 2018-ci ildə başlanacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR