Bank Of Baku

Azərbaycan apreldə elektrik enerjisi istehsalını 17% azaldıb

Azərbaycan apreldə elektrik enerjisi istehsalını 17% azaldıb
# 05 may 2010 12:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin aprel ayında Azərbaycanın enerji sistemində 1,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da mart ayı ilə müqayisədə 16,7% azdır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,1 mlrd. kVt/saatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,4 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsalı düşüb.

Bununla yanaşı, ay ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.

Cari ilin 4 ayı ərzində isə enerji sistemində 6,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu həcmdən 5,5 mlrd. kVt/saatdan artıq İES-lərin, 1,3 mlrd. kVt/saatdan çoxu isə SES-lərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR