Bank Of Baku

Türkiyənin «Enkon Endüstriyel Kontrol Kaynak» şirkəti Azərbaycanda filial açıb

Türkiyənin «Enkon Endüstriyel Kontrol Kaynak» şirkəti Azərbaycanda filial açıb
# 06 may 2010 06:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «Enkon Endüstriyel Kontrol Kaynak» şirkətinin Azərbaycandakı filialı dövlət qeydiyyatına alınıb. «APA-Economics»in məlumatına görə, Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə qeydiyyata alınmış filial Bakı şəhəri Nizami rayonu A.Manafov küçəsi bina 14-də yerləşir. Şirkətin qanuni təmsilçisi Hakkı Koşumandır.

Qeyd edək ki, 1991-ci ildə yaradılmış «Enkon» şirkəti hazırda energetika və tikinti sektorunda fəaliyyət göstərən BOTAŞ, «Alarko», ENKA ve «Tekfen» kimi şirkətlərin podratçısı olaraq qaynaqlama və qaynaqlara nəzarət işlərini həyata keçirir. Şirkət Rusiya Gürcüstan və Azərbaycanda da müxtəlif layihələrdə, o cümlədən Azərbaycanda Bakı-Supsa boru kəmərinin inşası layihəsində iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR