Bank Of Baku

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə yanvar-aprel aylarında 5% azalıb

Azərbaycanda magistral neft kəmərləri ilə nəqletmə yanvar-aprel aylarında 5% azalıb
# 18 may 2010 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 15,6 mln. ton və ya ötən ilin analoji dövründəkindən 5,1% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,3%-i ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə 11,9 mln. ton neft ötürülüb ki, 2009-cu ilin yanvar-aprel ayları ilə müqayisədə bu göstərici 1% çoxalıb.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 6,2 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5% çox qaz nəql edilib. Nəql edilmiş qazın 28,1%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə 1,8 mlrd. kubmetr qaz ötürülüb, bu də ötən ilin analoji dövrü ilə müqayisədə 14,3% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR