Bank Of Baku

Bakıda tullantıların yandırılması nəticəsində 230 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal olunacaq

Bakıda tullantıların yandırılması nəticəsində 230 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal olunacaq
# 18 may 2010 11:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun inşası çərçivəsində bu ilin sonunadək məişət tullantılarının ilk pilot yarımavtomatik çeşidləmə xətti qurulacaq.

«APA-Economics»in məlumatına görə, bunu «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Z.İbrahimovun sözlərinə görə, məişət tullantılarının ilk pilot yarımavtomatik çeşidləmə xəttinin qurulması üçün iqtisadi texniki əsaslandırma hazırlanır. Bunun əsasında cari ilin sonunadək illik istehsal gücü 200 min ton olan ilk yarımavtomatik çeşidləmə xətti qurulacaq.

Z.İbrahimov həmçinin qeyd edib ki, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən keçirilmiş tender nəticəsində Fransanın «CNİM S.A» şirkəti qalib gəlib. Şirkət tullantıların yandırılması və elektrik enerjisi istehsalı üçün zavod inşa edəcək. Zavodun fəaliyyəti nəticəsində tullantıların kütləsi və çəkisi kəskin azalacaq. Ən əsası, tullantıların yandırılması nəticəsində 230 mln. kVt/saatdan çox elektrik enerjisi istehsal olunaraq şəhər sisteminə yönəldiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR