Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Ümid» qaz-kondensat yatağında qazma işlərini ilin sonunadək başa çatdıracaq

Azərbaycan Dövlət Neft Şirkəti «Ümid» qaz-kondensat yatağında qazma işlərini ilin sonunadək başa çatdıracaq
# 18 may 2010 14:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən «Ümid» qaz-kondensat yatağında qazma işlərini başa çatdıracaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in qazma idarəsinin rəisi Şaiq Bəkiyev bildirib.

Onun sözlərinə görə, sözügedən yataqda 1 quyu qazılır və hələ heç bir nəticə yoxdur: «Bu da əsasən yatağın çətin rayonda yerləşməsi ilə əlaqədardır. Lakin bu bir quyu bizə daha 6 quyunun qaızlmasına imkan yaradacaq».

Ş.Bəkiyev onu da bildirib ki, cari ilin oktyabr ayında «Abşeron» yatağında da bir quyu qazılacaq, sözügedən quyunun dərinliyinin 7 140 metr təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR