Bank Of Baku

Mayın 21-də borclu abonentlərin işığı kəsiləcək

Mayın 21-də borclu abonentlərin işığı kəsiləcək
# 19 may 2010 11:30 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyəti abonentlərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsini xahiş edir. Ödəniş müddəti keçən, həmçinin «Bakıelektrikşəbəkə» ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı isə qeyd olunan tarixdən etibarən müvafiq qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.

Borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin səhmdar cəmiyyətinin internet saytı (www.bes.az) vasitəsilə «on-line» rejimdə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR