Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ekologiya sahəsində ABŞ şirkəti ilə müqavilə imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti ekologiya sahəsində ABŞ şirkəti ilə müqavilə imzalayıb
# 20 may 2010 09:40 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, texniki iqtisadi əsaslandırma ARDNŞ-in idarə və müəssisələrində əmələ gələn tullantıların miqdarından asılı olaraq müvafiq emal texnoloqiyalarının seçilməsi, yerinə yetiriləcək işlərdə ərtaf mühitə dəyən zərərin azaldılması istiqamətində digər fəaliyyət növlərinin təşkil olunması, tullantıların idarə olunmasından əldə ediləcək mənfəətin qiymətləndirilməsi və s. işlərin aparılmasını nəzərdə tutmalıdır.

Müqaviləni ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Soltan Əliyev və «Mi SWACO» şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Sven Maykrants (Sven Maikranz) imzalayıblar.

Qeyd edək ki, TDA ilə ARDNŞ arasında 2009-cu ilin avqustun 13-də imzalanmış qrant sazişinə uyğun olaraq, Şirkətin tullantıların idarəedilməsi Mərkəzinin yenidən qurulması layihəsi üzrə texniki iqtisadi əsaslandırmanın hazırlanması məqsədi ilə podratçının seçilməsi üçün tender elan olunub. Tenderdə iştirak etmək üçün ABŞ-ın 8 təşkilatından təkliflər alınıb.

S.Əliyevin sözlərinə görə, layihənin ilkin mərhələsi olan texniki iqtisadi əsaslandırmanın hazırlanması yaxın 6 ay ərzində həyata keçiriləcək.

S.Maykrants qeyd edib ki, işin əsas mahiyyəti tullantıların utilizasiyası deyil, məhz onların təkrar emalının təşkilinə nail olmaqdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR