Bank Of Baku

Sabah Binəqədi rayonuna qaz verilişi dayandırılacaq

Sabah Binəqədi rayonuna qaz verilişi dayandırılacaq
# 20 may 2010 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mayın 21-də Bakı şəhəri Binəqədi rayonunun bəzi yaşayış massivlərinə təbii qazın verilməsi dayandırılacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

ARDNŞ-in məlumatında bildirilir ki, yeraltı qaz kəmərinin yerüstü qaz kəmərilə əvəz olanması ilə əlaqədar saat 10:00-dan 18:00-dək «Digah» Qazpaylayıcı Stansiyasından qidalanan «Sərdarov zavodu» orta təzyiqli kəmərin qaz təchizatı dayandırılacaq. Həmin müddət ərzində Binəqədi rayonunun Böyük Şor və M.Ə.Rəsulzadə qəsəbələrinin bir hissəsinin, eyni zamanda Yeni Yaşayış massivi adlanan ərazilərin qaz təminatında müvəqqəti məhdudiyyətlər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR