Bank Of Baku

Azərbaycan yanvar-aprel aylarında 522 kq qızıl hasil edib

Azərbaycan yanvar-aprel aylarında 522 kq qızıl hasil edib
# 20 may 2010 12:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın mədənçıxarma bölməsində istehsalın həcmi 7,5 mlrd. manat olmaqla, ötən ilin müvafiq dövrünün səviyyəsini 5,1% qabaqlayıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-aprel aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan müəssisələr tərəfindən 13,9 mln. ton neft və ya 6% çox, 3,7 mlrd. kubmetr və ya 6,9% az əmtəəlik təbii qaz hasil edilib.

Hesabat dövründə həmçinin ölkədə qızılın hasilatı da davam etdirilib və cari ilin ötən ayları ərzində mədənlərdən 522 kq qızıl hasil edilərək təmizlənməyə göndərilib.

Ümumiyyətlə, mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən yanvar-aprel aylarında 704 min ton çınqıl, qırma daş, xırda çay daşı, 310,9 min ton tikinti qumu, 107,7 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib. Duzun hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% çoxalaraq 1 438,8 ton təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR