Bank Of Baku

Kulevi «Qara Dəniz Terminalı»nda xam neft nəqlinə başlanılıb

Kulevi «Qara Dəniz Terminalı»nda xam neft nəqlinə başlanılıb
# 20 may 2010 13:33 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Kulevi Terminalına daxil olan məhsul Qazaxıstanın «Tengiz» yatağından hasil edilib. «ARDNŞ-in vahid biznes strategiyasının inkişafı istiqamətlərinə düzgün yanaşması və Terminalın apardığı əməliyyatlarda beynəlxalq standartlara riayət olunması «Tengizşevroyl» şirkətinin diqqətini cəlb edib. Xəzər dənizi hövzəsindəki mühüm xam neft istehsalçılarından olan «Tengizşevroyl» istər Qazaxıstanda, istərsə də bu ölkədən kənarda istifadə olunan yüksək keyfiyyətli 4 növ məhsul istehsal edir. Hazırda Gürcüstan və Azərbaycan dəmir yollarının dəstəyi nəticəsində nəqletmə əməliyyatları maneəsiz həyata keçirilir», - deyə ARDNŞ-dan bildirilib.

Qeyd edək ki, Kulevi Terminalının rezervuar parkının ümumi həcmi 320 min, yanalma körpülərinin ötürmə qabiliyyəti saatda 8-12 min kubmetrdir. Terminalın dəmiryol estakadalarında eyni zamanda 168 sistern-vaqonun boşaldılması mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR