Bank Of Baku

ARDNŞ Gürcüstanın daha bir şəhərinin qazlaşdırılması layihəsinin təqdimatını keçirib

ARDNŞ Gürcüstanın daha bir şəhərinin qazlaşdırılması layihəsinin təqdimatını keçirib
# 20 may 2010 15:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün “SOCAR Georgia Gas” MMC Gürcüstanda Poti şəhərinin qazlaşdırılması layihəsinin təqdimatını keçirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Təqdimatda bildirilib ki, 2010-cu il ərzində Poti şəhərində qaz şəbəkəsinin tikintisi planlaşdırılır. Görüləcək işlər çərçivəsində ümumilikdə 158 kilometrlik qaz kəməri çəkiləcək. Həyata keçirilən tikinti işlərindən sonra Poti şəhərinin abonentlərinin sayı 21 minə çatacaq. Bundan başqa, müxtəlif təyinatlı 174 obyektin qazlaşdırılması da nəzərdə tutulur.

Təqdimat mərasimində Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, «SOCAR Energy Georgia» baş direktoru Mahir Məmmədov və digər şəxslər də iştirak edib.

Qeyd edək ki, «SOCAR Georgia Gas» MMC-nin 3 illik investisiya proqramı çərçivəsində (2009-2011 illər) həyata keçirdiyi tədbirlər qonşu ölkənin müxtəlif regionlarında 150 min abonentə ümumi şəbəkəyə qoşulmaq və mavi yanacaqdan istifadə etmək imkanı verəcək. «SOCAR Georgia Gas» MMC 3 il ərzində Gürcüstanın 30 şəhər və rayonunun qazlaşdırılmasını nəzərdə tutur. Hazırda Gürcüstanın Saqareco rayonunun Yor-Muğanlı, Qurcaan rayonunun Çumləki və Bakurcixe, Laqodexi rayonunun Niniqori, Msxet rayonunun Cerevani və Çardaxi, Zestafon rayonunun Cxrackaro, Dmanisinin Tnusi, Laqodex rayonunun Karabali kəndlərinin, Surami qəsəbəsinin, Duşeti, Zuqdidi, Xaşuri, Axmeta, Kareli, Lancxuti, Ozurqeti və digər regionlarında qaz kəmərlərinin tikintisi artıq başa çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR