Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları» yatağında daha bir quyuda qazmanı başa çatdırıb

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları» yatağında daha bir quyuda qazmanı başa çatdırıb
# 21 may 2010 09:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Neft Daşları» yatağında yeni tikilib istismara verilmiş 2415 nömrəli özüldən 4-cü quyuda qazma işlərini başa çatdırıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

ARDNŞ-in Kompleks Qazma İşləri Trestinin «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi tərəfindən X horizonta qazılmış 2422 nömrəli quyu 1745-1709 metr intervaldan sutkada 15 ton neft verir. Hazırda həmin özüldən növbəti, 5-ci quyuda qazma işləri aparılır. Geoloqların hesablamalarına görə, layihə dərinliyi 1980 metr olan 2426 nömrəli quyu istismara verildikdən sonra onun sutkalıq neft hasilatı 12 ton olacaq.

Quyular «Neft Daşları» NQÇİ-nin sifarişi ilə qazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR