Bank Of Baku

Azərbaycan son bir ildə neft məhsullarının istehsalını 15% artırıb

Azərbaycan son bir ildə neft məhsullarının istehsalını 15% artırıb
# 24 may 2010 08:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalında 15% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə əsas məhsulların istehsalında əhəmiyyətli dərəcədə artım qeydə alınıb, dizel yanacağının istehsalı 13,7% artaraq 854,4 min ton, avtomobil benzinin istehsalı 7,2% artaraq 401,4 min ton, sürtgü yağlarının istehsalı 2,4 dəfə artaraq 18,9 min ton, neft-kimya sənayesi üçün benzin istehsalı 4,9% artaraq 85,5 min ton olub. Dörd ay ərzində 205,1 min ton ağ neft, 51,4 min ton neft bitumu istehsal edilib. Neft emalı müəssisələrinin anbarlarında 61,1 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 21,5%-i qədər hazır məhsul olub.

Eyni zamanda, 2010-cu il mayın 1-i vəziyyətinə əsas istehlakçılarda 340 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,1% az mazut yanacağı, 13,7 min ton və ya 13,3% az dizel yanacağı, 4,9 min ton və ya 12,5% az neft bitumu, 19,2 min ton və ya 1,6% çox avtomobil benzini, 1,5 min ton və ya 25% çox sürtgü yağları, 5,5 min ton və ya 5,7% çox daş kömür ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR