Bank Of Baku

Bakıda keçirilən sonuncu pul hərracında daha bir səhmdar cəmiyyətinin səhmləri satılıb

Bakıda keçirilən sonuncu pul hərracında daha bir səhmdar cəmiyyətinin səhmləri satılıb
# 24 may 2010 09:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. May ayının 18-də Bakı şəhərində keçirilmiş 563-cü pul hərracında bir səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Səhmləri satılmış «Binəqədi Təmir Tikinti» ASC-nin nizamnamə kapitalı 84 700 manat, buraxılmış səhmləri 169 400 ədəd, bir səhmin nominal dəyəri 50 qəpikdir. Hərracda satışa ümumi nominal dəyəri 25 412 manat, ilkin hərrac qiyməti 12 706 manat təşkil edən 50 824 səhm çıxarılıb. Səhmlərin hamısı ilkin hərrac qiymətinə (12 706 manat) olmaqla satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR