Bank Of Baku

Azərbaycan «Bakı Dəzgahqayırma» ASC-ni satışa çıxarıb

Azərbaycan «Bakı Dəzgahqayırma» ASC-ni satışa çıxarıb
# 24 may 2010 09:39 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə ƏMDK-dən məlumat verilib.

Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilər.

Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən səhmdar cəmiyyəti metalkəsən dəzgahlar və onlar üçün texnoloji avadanlıqların istehsalı ilə məşğul olur. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 1 785 976 manat, buraxılmış səhmləri 892 988 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır. İnvestisiya müsabiqəsində satışa ümumi nominal dəyəri 1 780 600 manat təşkil edən 890 300 səhm çıxarılıb. Hazırda 54 nəfərin çalışdığı müəssisənin cəmi öhdəlikləri 101 312,31 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan borcları 20 822,42 manat, mal, iş və xidmətlərə görə borcları isə 58 079,15 manatdır. Səhmdar cəmiyyətinin debitor borcları isə 97 660,02 manat təşkil edir.

İddiaçılar həmçinin, dövlət büdcəsinə ödəniləcək 600 min manat vəsaitdən və komitəyə təqdim olunacaq 25 min dövlət özəlləşdirmə çekindən az olmamaq şərti ilə müvafiq təkliflər verməlidir.

İddiaçıların ərizə və təkliflərinin qəbulu iyunun 22-dək ƏMDK-nin mərkəzi aparatında aparılacaq. Müsabiqə Komissiyası tərəfindən təkliflərin qiymətləndirilməsi isə iyunun 24-dən başlayaraq həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR