Bank Of Baku

Bu il Azərbaycanda 18,2 mln. manatlıq yüngül sənaye məhsulu istehsal olunub

Bu il Azərbaycanda 18,2 mln. manatlıq yüngül sənaye məhsulu istehsal olunub
# 24 may 2010 13:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 18,2 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 2,8 min ton pambıq lifi, 1,1 min ton pambıq iplik, 700 kv. metr xalça və xalça məmulatları, 557,5 min cüt corab məmulatları, 35,5 min ədəd kişi və oğlanlar üçün kostyumlar və s. məhsullar istehsal edilib.

Bununla yanaşı, 2010-cu il mayın 1-i vəziyyətinə bu sahələrin müəssisələrinin anbarlarında 16,4 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 5,8%-i qədər hazır məhsul qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR