Bank Of Baku

Bakı və Azərbaycanın bəzi rayonlarına qazın verilməsində məhdudiyyət olacaq

Bakı və Azərbaycanın bəzi rayonlarına qazın verilməsində məhdudiyyət olacaq
# 25 may 2010 06:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərinin bəzi əraziləri də daxil olmaqla Azərbaycanın bəzi rayonlarına təbii qazın verilməsində məhdudiyyət olacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Yeni çəkilmiş daşıyıcı qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar mayın 25-i saat 09:00-dan 16:00-dək Goranboy Qazpaylayıcı Stansiyasından rayonu təbii qazla təmin edən orta təzyiqli qaz kəmərinin, həmçinin təmir işləri ilə əlaqədar saat 09:00-dan 18:00-dək Ucar Qazpaylayıcı Staniyasının qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində Goranboy rayonun mərkəzi hissəsinə, eyni zamanda Ucar rayonunun mərkəzi və ətraf kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq. Bu gün qaz ölçü qovşaqlarında diafraqmaların dəyişdirilməsi məqsədi ilə saat 10:00-dan Yevlax-I, Yevlax-II, Ağdaş-I, saat 11:00-dan etibarən isə Şimal, Buzovna və Zığ Qazpaylayıcı Staniyalarının qaz təchizatı da dayandırılacaq. Diafraqma dəyişdirilən müddətdə Ağdaş, Yevlax şəhərlərinin, Sahil qəsəbəsinin, eləcə də Aeroport-2 və C.Naxçıvanski adına hərbi liseyin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Bundan əlavə, baş vermiş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan 18:00-dək Maştağa Qazpaylayıcı Staniyasından qidalanan Maştağa-Nardaran orta təzyiqli 530 mm-lik qaz kəmərinin qaz təchizatının dayandırılması ilə əlaqədar Maştağa qəsəbəsinə və Albalıq deyilən əraziyə təbii qazın nəqlində fasilələr olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR