Bank Of Baku

Azərbaycanda elektrik enerjisinin 1/5-i su elektrik stansiyalarında istehsal olunur

Azərbaycanda elektrik enerjisinin 1/5-i su elektrik stansiyalarında istehsal olunur
# 25 may 2010 08:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan sənayesində elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsinin xüsusi çəkisi 5,4% olub və dörd ay ərzində bu sahədə 516,2 mln. manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 6,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub, onun 19,6%-i su elektrik stansiyaları, 80,4%-i isə istilik elektrik stansiyalarının payına düşüb.

Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində məhsul istehsalı 0,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR