Bank Of Baku

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin lisenziyalaşdırılması qaydaları təsdiqlənib

Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin lisenziyalaşdırılması qaydaları təsdiqlənib
# 25 may 2010 08:17 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə (layihələndirmə, tikinti, istismar) xüsusi icazənin verilməsini əhatə edən bu sənəd yalnız gücü 10 kVt-a qədər olan külək, günəş və biokütlə əsasında kommersiya məqsədi ilə satışa çıxarılması istisna olmaqla, enerji alınması ilə məşğul olmaq istəyən hüquqi və ya fiziki şəxslərə şamil edilmir.

Qaydalara əsasən, xüsusi icazə kiçik su elektrik stansiyalarının (SES), geotermal sular, gücü 10 kVt-dan artıq olan külək, günəş, biokütlə əsasında enerji alınması üçün nəzərdə tutulan obyektlərin (qurğuların) layihələndirilməsi, tikintisi və istismarı ilə məşğul olmaq istəyən hüquqi və ya fiziki şəxslərə onların müraciəti və ya müsabiqə əsasında Sənaye və Energetika Nazirliyi tərəfindən verilir.

Qaydalarda hüquqi və fiziki şəxslərin təqdim edəcəyi sənədlər, ərizə, həmçinin xüsusi icazənin ləğv edilməsi prosedurları və s. göstərilib.

Qaydalara uyğun olaraq çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq, 30 gündən gec olmayaraq xüsusi icazə verilməsi haqqında müvafiq qərar qəbul edilməlidir. Bu müddət layihənin monitorinqinin və ya ekspertizasının keçirilməsi ilə bağlı 15 gün uzadıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR