Bank Of Baku

Azərbaycanın kimya sənayesində məhsul istehsalı yanvar-aprel ayları 4 dəfə artıb

Azərbaycanın kimya sənayesində məhsul istehsalı yanvar-aprel ayları 4 dəfə artıb
# 25 may 2010 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 78,5 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 3,8 dəfə, rezin və plastmas məmulatları istehsalında 23% artıb, əczaçılıq məhsullarının istehsalında isə 4,8% azalma olub.

Əsas kimya məhsullarından propilenin istehsalında 7,9 dəfə, polietilenin istehsalında 7,5 dəfə, izopropil spirtinin istehsalında 4,8 dəfə, sulfat turşusunun istehsalında 4,2 dəfə, lak-boya məmulatlarının istehsalında 33,3% artım müşahidə olunub. Rezin və plastmas məmulatlarından bərk polietilen boruları, borucuqlar və qolların istehsalı 2,8 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR