Bank Of Baku

Avropa Komissiyasının missiyası gələn həftə Azərbaycana gələcək

Avropa Komissiyasının missiyası gələn həftə Azərbaycana gələcək
# 25 may 2010 12:41 (UTC +04:00)
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, X.Hilbertin Azərbaycana səfərinin əsas məqsədi iyunun 1-4-də Bakıda keçiriləcək XVII “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas-2010”) beynəlxalq sərgi-konfransında iştirak etməkdir.

Səfər çərçivəsində X.Hilbert iyunun 2-də konfransın ilk iş gününda plenar sessiyada çıxış edəcək. AK rəsmisinin çıxışı Avropanın enerji sektorunda geosiyasət və Azərbaycanın buradakı rolu məsələlərinə həsr olunacaq.

Qeyd edək ki, sərgi-konfransda AK-ni təmsil edəcək nümayəndə heyətinə həmçinin Avropa Komissiyasının Qafqaz və Xəzər bölgəsində enerji məsələləri üzrə eksperti Kristofer Ross daxil olacaq.

Xatırladaq ki, “Xəzər Neft və Qaz” sərgi-konfransının əsas təşkilatçısı rolunda «Iteca Caspian» şirkəti çıxış edir. Sərgi iyunun 1-4-də, eyni adlı konfrans isə iyunun 2-3-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR