Bank Of Baku

Azərbaycanın avtomobilqayırma müəssisələrində hazır məhsul qalığının sənaye sektoru üzrə xüsusi çəkisi 10% çatıb

Azərbaycanın avtomobilqayırma müəssisələrində hazır məhsul qalığının sənaye sektoru üzrə xüsusi çəkisi 10% çatıb
# 26 may 2010 06:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 42,1 mln. manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dörd ay ərzində 232 ədəd «Belarus» tipli traktor, 130 ədəd «Lifan» markalı minik avtomobili, 130 ədəd MAZ markalı yük avtomobili istehsal edilib.

Bununla yanaşı, 2010-cu il mayın 1-i vəziyyətinə müəssisələrin anbarlarında 27,5 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 9,7%-i qədər hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR