Bank Of Baku

Azərbaycan yanvar-aprel aylarında metallurgiya sənayesində istehsalı 40% artırıb

Azərbaycan yanvar-aprel aylarında metallurgiya sənayesində istehsalı 40% artırıb
# 26 may 2010 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 54,9 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə istehsalın həcmi metallurgiya sənayesində 40,1%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 5,4% artıb.

Yanvar-aprel ayları ərzində sahədə 42,7 min ton və ya 2,7 dəfə çox polad tökmə, 39,3 min ton və ya 2 dəfə çox armatur, 291,6 ton və ya 3,5 dəfə çox məftil istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR