Bank Of Baku

Azərbaycanda avtonəqliyyat vasitələri, mühərriklər və atılan zərərli maddələrlə bağlı 4 yeni dövlət standartı təsdiq olunub

Azərbaycanda avtonəqliyyat vasitələri, mühərriklər və atılan zərərli maddələrlə bağlı 4 yeni dövlət standartı təsdiq olunub
# 26 may 2010 13:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov- APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) avtonəqliyyat vasitələri, onların mühərrikləri və atılan zərərli maddələrlə bağlı 4 yeni dövlət standartını təsdiq edib. Bu barədə «APA-Economics»ə SMDPK-nin mətbuat xidmətindən məlumat verilib.

SMPDK-nin sədri Ramiz Həsənovun əmri ilə qüvvəyə minmiş bu standartlar AZS QOST R 41.49-99, AZS QOST R 41.83-2004, AZS QOST R 41.96-2005, AZS QOST R 51832-2001 adlanır.

AZS QOST R 41.49-99 «Zərərli maddələrin atılması ilə əlaqədar, sıxılma nəticəsində işəsalınma prinsipi əsasında işləyən mühərriklərlə və təbii qazla işləyən mühərriklərlə təchiz olunan avtonəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid təlimatlar», AZS QOST R 41.83-2004 «Zərərli maddələrin atılması ilə əlaqədar, mühərriklər üçün tələb olunan yanacaqdan asılı olaraq avtonəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid təlimatlar», AZS QOST R 41.96-2005 «Kənd təsərrüfatı və meşə traktorlarında, yüksək keçid qabiliyyətli texnikada quraşdırılan sıxılma nəticəsində işəsalınma prinsipi əsasında işləyən mühərriklərdən zərərli maddələrin atılmasına dair vahid təlimatlar», AZS QOST R 51832-2001 «Benzin ilə məcburi işəsalınma prinsipi əsasında işləyən daxili yanma mühərrikləri və tam kütləsi 3,5 tondan artıq olan və bu mühərrikləri ilə təchiz olunan avtonəqliyyat vasitələri. Zərərli maddələrin atılması. Texniki tələblər və sınaq üsulları» dövlət standartlarıdır. Bu standartlar iyunun 10-dan tətbiq olunmağa başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR