Bank Of Baku

«BP-Azerbaijan» Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinə yeni təqaüdlər təqdim edib

«BP-Azerbaijan» Azərbaycan Dövlət Neft Akademiyasının tələbələrinə yeni təqaüdlər təqdim edib
# 26 may 2010 13:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda «BP-Azerbaijan» şirkəti tərəfindən Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələrinə xüsusi təqaüdlərin növbəti təqdimetmə mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, birdəfəlik təqaüdlər ADNA-nın 58 nəfər 1-ci və 2-ci kurs tələbələrinə təqdim olunub ki, 30 nəfər 1-ci kurs tələbələrinə təqaüd kimi kompüter, 28 nəfər 2-ci kurs tələbələrinə isə «BP-Azerbaijan» şirkəti tərəfindən maliyyələşdiriləcək ingilis dili kurslarında iştirak etmək hüququ verilib.

Təqaüd alan ADNA-nın 30 nəfər 1-ci kurs tələbəsi qəbul imtahanlarında 600 balldan artıq toplayıb, digər 28 nəfər 2-ci kurs tələbələri isə «BP-Azerbaijan» şirkəti tərəfindən təşkil olunmuş texniki test imtahanlarında yüksək nəticə göstərib və məhz buna görə birdəfəlik xüsusi təqaüdlərə layiq görülüb.

Bununla yanaşı, «BP-Azerbaijan» şirkəti ADNA-ya dəyəri 10 min manat olan elmi-ədəbiyyat kitabları təqdim edib.

Qeyd edək ki, «BP-Azerbaijan» ADNA-nın tələbələrinə 2007-ci ildən etibarən xüsusi təqaüdlər təqdim edir və indiyədək sözügedən təqaüdləri 120 tələbə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR