Bank Of Baku

«Ekol Mühəndislik Xidmətləri» QSC 33 hektar neftlə çirklənmiş sahələrin bioremediasiyası layihəsini həyata keçirəcək

«Ekol Mühəndislik Xidmətləri» QSC 33 hektar neftlə çirklənmiş sahələrin bioremediasiyası layihəsini həyata keçirəcək
# 27 may 2010 07:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın «Ekol Mühəndislik Xidmətləri» QSC “Balaxanıneft” Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) Kürdəxanı mədən ərazisində ayrılmış 33 hektara yaxın neftlə çirklənmiş sahələrin bioremediasiyası layihəsini həyata keçirəcək. Bu barədə «APA-Economics»ə «Ekol» şirkətindən məlumat verilib.

Layihənin həyata keçirilməsi ilə əlaqədar olaraq ARDNŞ-in “Azneft” İstehsalat Birliyi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC arasında müqavilə imzalanıb və işlərə iyun ayında başlanacaq.

Artıq «Ekol»un Ekoloji monitorinq departamenti tərəfindən layihə sahəsində kompleks monitorinq qiymətləndirilməsi aparılıb. Monitorinq nəticəsində ərazidə lay sularının axıdılması nəticəsində formalaşmış neftlə çirklənmiş sahələr, uzunmüddətli fəaliyyət nəticəsində formalaşmış qudronlu neftşlam sahələri və ləğv olunmuş quyu özül sahələri kimi çirklənmə mənbələri aşkarlanıb.

Çöl tədqiqatlarının təhlilləri nəticəsində “Balaxanıneft” NQÇİ-nin 2-ci mədəninin Kürdəxanı sahəsində ləğv olunmuş 6 quyuətrafı zonada 11 ha qədər çirklənmə sahələri və bu sahələrdə 23 277 kubmetr neftşlam, 33 773 kubmetrdən çox xam neft-su tərkibli tullantının olduğu müəyyənləşib.

“Ekol Mühəndislik Xidmətləri” QSC müqavilə şərtlərinə əsasən layihə sahəsində quyuətrafı zonalardan xüsusi texnikanın köməyi ilə quyu məhsullarının, lay sularının neftyığım məntəqələrinə daşınmasını, neftşlamın çirklənmə sahələrindən xüsusi ayrılmış bioremediasiya sahəsinə daşınaraq texnoloji reqlamentə uyğun utilizasiyasını və antropogen fəaliyyət nəticəsində sıradan çıxmış sahələrdə mexaniki rekultivasiyası işlərinin yerinə yetirilməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR