Bank Of Baku

Azərbaycan prezidenti «Azerbaijan-Georgia-Romania Interconnector» layihəsi üzrə imzalanmış anlaşma memorandumunu təsdiq edib

Azərbaycan prezidenti «Azerbaijan-Georgia-Romania Interconnector» layihəsi üzrə imzalanmış anlaşma memorandumunu təsdiq edib
# 27 may 2010 07:51 (UTC +04:00)
«APA-Economics»in prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sərəncamda Azərbaycan Sənaye və Energetika Nazirliyinə memorandumun həyata keçirilməsini təmin etmək tapşırılıb. Sərəncama uyğun olaraq, Xarici İşlər Nazirliyi memorandumun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Gürcüstan və Rumıniya tərəfini xəbərdar etməlidir.

Qeyd edək ki, Rumıniya, Azərbaycan və Gürcüstan arasında AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu ilin aprelin 13-də Buxarestdə imzalanıb. AGRI layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının boru xətləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə Azərbaycan qazının Avropa İttifaqına üzv olan ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəmərinin çəkilməsi də nəzərdə tutulur.

Layihənin birinci mərhələsində hər il 8 mlrd. kubmetr, gələcəkdə isə 20 mlrd. kubmetr həcmində qazın nəqli planlaşdırılır. Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR