Bank Of Baku

Rusiyada MDB Elektroenergetika Şurasının 37-ci iclası keçiriləcək

Rusiyada MDB Elektroenergetika Şurasının 37-ci iclası keçiriləcək
# 27 may 2010 12:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Sabah Rusiyanın Uqliç şəhərində MDB Elektroenergetika Şurasının 37-ci iclası keçiriləcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, iclasda MDB üzv dövlətlərin energetika nazirləri, Rusiyadan və digər dövlətlərdən iri elektroenergetika şirkətlərinin rəhbərləri iştirak edəcək.

İclasda energetika sahəsində bir sıra hüquqi-normativ sənədlərə baxılacaq, həmçinin enerji bazarının tənzimlənməsi, üzv dövlətlərin elektrik şəbəkələrinin paralel işləməsi ilə bağlı bəzi məsələlər müzakirə olunacaq.

İclasda Azərbaycandan «Azərenerji» ASC-nin nümayəndə heyəti iştirak edəcək.

Qeyd edək ki, 1992-ci ildə yaradılmış MDB Elektroenergetika Şurasında Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR