Bank Of Baku

“Azərneftyağ” zavodunda “Sürtkü yağlarının hidrogenlə təmizlənməsi” qurğusu elektron idarəetmə sisteminə keçirilir

“Azərneftyağ” zavodunda “Sürtkü yağlarının hidrogenlə təmizlənməsi” qurğusu elektron idarəetmə sisteminə keçirilir
# 29 may 2010 08:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərneftyağ» Neft Emalı Zavodunun 5 saylı sexinin 501 №-li «Sürtkü yağlarının hidrogenlə təmizlənməsi» qurğusunda başlanılmış əsaslı təmir işləri davam etdirilir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, qurğuda texnoloji boru xətlərinin aparat və avadanlıqların təmiri əsas etibarı ilə artıq başa çatdırılıb. Lakin burada bir sıra avadanlıqların yenilənməsi, eləcə də pnevmatik idarəetmə sistemindən elektron idarəetmə sisteminə keçid üçün ehtiyac yaranıb.

Hazırda bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda sexin əmtəə bölməsindəki çənlərdə də təmir işləri aparılır. İndiyədək 6 ədəd 750 kubmetr və 1 ədəd 400 kubmetr həcmində çən əsaslı, 4 ədəd 750 kubmetr və 5 ədəd 400 kubmetr həcmində çən isə təmir edilib. Çənlərlə bərabər, əmtəə bölməsindəki əlaqələndirici boru xətləri də əsaslı təmir edilib. Hazırda sexin əmtəə parkında və çənlərində müasir yanğınsöndürmə sistemi və elektron ölçü cihazlarının quraşdırılması həyata keçirilir.

Qeyd edək ki, təmir işləri istehsalat proseslərinə maneə törətmir. Belə ki, 2009-cu il və 2010-cu ilin birinci rübü ərzində 5 saylı sexin 501 №-li «Sürtkü yağlarının hidrogenlə təmizlənməsi» qurğusunda ümumilikdə 111 min ton M-12Bb (mühərrik yağı), C-ll (11 markalı silindr yağı), AK-15 (Bakı avtotraktor yağı və DT-20 (ortadövrlü və azdövrlü dizel yanacağı) markalı yağlar istehsal olunub.

Xatırladaq ki, qurğu 1981-ci ildən istismara verilib. Beş blokdan ibarət qurğunun illik məhsuldarlığı 790 min tondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR