Bank Of Baku

Azərbaycanda “Neft və qaz quyularında aparılan geofiziki tədqiqat işlərində əməyin təhlükəsizliyi Qaydaları” hazırlanıb

Azərbaycanda “Neft və qaz quyularında aparılan geofiziki tədqiqat işlərində əməyin təhlükəsizliyi Qaydaları” hazırlanıb
# 29 may 2010 12:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Geofizika və Geologiya İdarəsinin Geofizika Elmi-Tədqiqat İnstitutu “Neft və qaz quyularında aparılan geofiziki tədqiqat işlərində əməyin təhlükəsizliyi Qaydaları”nı hazırlayıb. Bu barədə APA-ya ARDNŞ-in Geofizika və Geologiya İdarəsindən məlumat verilib.

Qaydalar Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ilə razılaşdırılaraq ARDNŞ-in rəhbərliyi tərəfindən təsdiq olunub.

İdarədən bildirilib ki, neft və qaz yataqlarının axtarışı və kəşfiyyatında ən müasir üsullardan və texnologiyalardan geniş istifadə olunur. Qeyd olunan bu işlərin aparılması texnoloji iş prosesinə görə ən təhlükəli fəaliyyət növü kimi tanınır. Bu səbəbdən bu əməliyyatlar sahəsi ən yüksək səviyyəli əməyin təhlükəsizliyi standartlarının tətbiqini tələb edir. Ona görə də texnoloji iş proseslərində işin spesifik xüsusiyyətləri nəzərə alınaraq, aparılan geofiziki tədqiqat işlərinin daha təhlükəsiz və səmərəli yerinə yetirilməsi daim aktual olaraq qalır. Məhz bu məqsədlə qüvvədə olan normativ-hüquqi aktların, habelə əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycanın bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına əsaslanaraq “Neft və qaz quyularında aparılan geofiziki tədqiqat işlərində əməyin təhlükəsizliyi Qaydaları” təsdiq olunaraq işçilərin istifadəsinə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR