Bank Of Baku

«Petkim» Holdinqi Azərbaycandan qaz almaq niyyətindədir

«Petkim» Holdinqi Azərbaycandan qaz almaq niyyətindədir
# 31 may 2010 07:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «SOCAR/Turgaz» (Azərbaycan-Türkiyə) alyansı Türkiyənin İzmir vilayətinin Əliağa qəsəbəsində illik istehsal gücü 10 mln. ton təşkil edəcək neftayırma zavodunun tikintisi istiqamətində işlər aparır. «APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə «Turcas Petrol» şirkətinin İdarə Heyətinin sədri Ərdal Aksoy bildirib.

Ə.Aksoy «Petkim»in tərkibində fəaliyyət göstərəcək bu zavodun və mövcud neft-kimya müəssisələrilə Egey dənizinin digər sahilindəki Yunanıstan zavodları arasında sinerjinin yaradılmasının əhəmiyyətli olduğunu vurğulayıb.

«Biz «Petkim»də neftayırma zavodu qurmaq qərarımızı verərkən «Koç» Şirkətlər Qrupu və «Tüpraş» ilə də görüşmüşdük. Əhəmiyyətli olan, bir-birini tamamlayacaq və sinerji yaradacaq layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etdik. Bu müzakirələri Yunanıstandakı şirkətlərlə də aparırıq», - deyə Ə.Aksoy əlavə edib.

Şirkət rəhbəri «Petkim»də istehlak olunacaq təbii qazın Azərbaycandan, ARDNŞ-in təmin etməsinə dair müzakirələr aparıldığını da vurğulayıb. Ə.Aksoy bildirib ki, yaxın vaxtlarda «Petkim»də istehlak olunan təbii qazın Azərbaycandan, ARDNŞ-dən alınmasına dair razılaşmanın əldə olunacağı gözlənilir.

Xatırladaq ki, ildə 10 mln. ton emal gücünə malik olacaq neftayırma zavoduna təxminən 4-5 mlrd. ABŞ dolları həcmində investisiya yatırılması nəzərdə tutulur.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olunub. Lakin daha sonra Tender Komissiyası bu qərarı ləğv edərək, «SOCAR/Turcas» alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR