Bank Of Baku

Sabah Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır

Sabah Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır
# 31 may 2010 10:53 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə sərginin əsas təşkilatçısı olan Böyük Britaniyanın «ITE Group Plc.» şirkətinin direktoru Edvard Strun bildirib.

E.Strun qeyd edib ki, bu ilki konfransa Azərbaycan Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ARDNŞ dəstək verir.

Sərginin layihə meneceri Tofiq Kərimov isə bildirib ki, sərgi və konfransın işində Azərbaycan, Gürcistan, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Türkiyə və Çexiyanın sənaye nazirliklərinin, iri neft və qaz şirkətlərinin nümayəndələri iştirak edəcəklər. T.Kərimov onu da qeyd edib ki, bu ilki sərgidə 26 ölkədən 280 şirkət iştirak edəcək. Sərginin ekspozisiya sahəsi ötən ilə nisbətən 15% artıb, sərgi sahəsinin 40%-dən çoxunu dünyanın neft-qaz sənayesində fəaliyyət göstərən iri şirkətləri təşkil edir.

«ITE Group» şirkətinin Neft və Qaz Departamentinin satış üzrə direktoru Rüxsarə Liberman isə bildirib ki, bu il ilk dəfə olaraq sərgidə Birləşmiş Ərəb Əmirliklərinin milli stendi iştirak edir. Bununla əlaqədar olaraq BƏƏ-nin energetika naziri Məhəmməd bin Daen Əl-Həmlinin başçılıq etdiyi nümayəndə heyəti sərgidə iştirak etmək üçün Bakıya gələcək. Azərbaycanda 2010-cu ilin «Ekologiya İli» elan edilməsi ilə əlaqədar olaraq bu sərgidə ekoloji layihələri əks etdirən alternativ enerji sektoru həm sərgi, həm də konfransın mövzusu olacaq.

Sərgi çərçivəsində iyunun 2-3-də Bakıda ənənəvi neft-qaz konfransının da keçiriləcəyini qeyd edən konfransın meneceri Nigar Muradxanlı isə konfransda müxtəlif dövlətlərin yüksək səviyyəli nümayəndə heyətləri də daxil olmaqla 400-dən artıq nümayəndənin iştirak edəcəyini vurğulayıb. Konfransın proqramına Azərbaycan, Gürcüstan, ABŞ, Türkiyə və Çexiyanın sənaye və energetika nazirliklərinin nümayəndələri, iri şirkətlərin rəhbərlərinin çıxışları daxil edilib. Sərgi və konfransda ABŞ dövlət katibinin Avrasiya enerji məsələlər üzrə müavini Riçard Morninqstar da iştirak edəcək.

Konfransda xüsusi diqqətin Xəzər hövzəsinin təbii ehtiyatlarına və Azərbaycanın tranzit imkanlarına yönəldiləcəyini deyən N.Muradxanlı konfransda «Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu», «Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionun rolu», «Xəzər regionunun qaz infrastrukturu: kəmərlərin geosiyasiliyi» mövzularında plenar sessiyaların təşkil olunacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR