Bank Of Baku

«Nabucco» boru kəmərini qazla təchiz edəcək ölkələrlə aparılan danışıqlar bu ilin ortalarında başa çatacaq

«Nabucco» boru kəmərini qazla təchiz edəcək ölkələrlə aparılan danışıqlar bu ilin ortalarında başa çatacaq
# 31 may 2010 11:26 (UTC +04:00)
«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu RWE şirkətinin biznesin inkişafı departamentinin rəhbəri Ceremi Ellis (Jeremy Ellis) bildirib.

Hazırda Azərbaycan və Türkmənistanla danışıqların davam etdirildiyini bildirən şirkət rəsmisi bu ilin ortalarında konkret nəticələrin gözlənildiyini vurğulayıb.

RWE-nin Azərbaycan və Türkmənistanla yaxın aylarda razılaşma əldə edəcəyini vurğulayan C.Ellis hazırda «Şahdəniz-2» layihəsi üzrə ARDNŞ-la müzakirələrin aparıldığını deyib.

Şirkət nümayəndəsi bu il ərzində «Nabucco» layihəsi üzrə maliyyə məsələlərinin həlli, 2011-ci ildə tikinti işlərinə başlanılması və 2014-cü ildə ilk qazın Avropaya çatdırılmasının planlaşdırıldığını da əlavə edib.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb. Boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildən sonra Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR