Bank Of Baku

Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri: «Dünyada neft hasilatının gündəlik həcmi 2020-ci ilədək iki dəfə artacaq»

Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri: «Dünyada neft hasilatının gündəlik həcmi 2020-ci ilədək iki dəfə artacaq»
# 01 iyun 2010 11:10 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan XVII Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Məhəmməd bin Daen Əl-Həmli bildirib.

Onun sözlərinə görə, hazırda neftin qiymətinin dünya bazarlarında stabil saxlanması bir çox ölkələrdə karbohidrogen yataqlarının işlənməsi layihələrinin icrasında mühüm rol oynayır.

Hazırda dünyada karbohidrogen ehtiyyatlarının yaxın gələcəkdə bitməsi barədə dolaşan xəbərləri təkzib edən nazir həmçinin bildirib ki, dünya neft ehtiyyatı yaxın 40 ilə, təbii qaz ehtiyyatı isə 60 ilə kifayət edəcək: «OPEC-in ssenarisinə görə, 2030-cu ilədək karbohidrogenlərə olan tələbat 2007-ci illə müqayisədə 42% artacaq. Bununla yanaşı, əgər 2008-ci ildə dünyada neftin gündəlik hasilatı 84 mln. barel təşkil edirdisə, 2020-ci ildə bu rəqəmin artıq 160 mln. barelə çatacağı proqnozlaşdırılır».

Xatırladaq ki, «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq neft-qaz sərgisi iyunun 4-dək davam edəcək. Sərgi ilə paralel iyunun 2-3də Bakıda eyni adlı konfrans da keçiriləcək. APA İnformasiya Agentliyi sərgidə «Baş onlayn dəstək» statusu ilə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR