Bank Of Baku

Azərbaycan və Türkiyə şirkətləri «Nabucco» layihəsi üzrə danışıqlar aparır

Azərbaycan və Türkiyə şirkətləri «Nabucco» layihəsi üzrə danışıqlar aparır
# 01 iyun 2010 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Nabucco» layihəsi çərçivəsində Azərbaycan və Türkiyə şirkətləri arasında müvafiq danışıqlar aparılır. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan XVII Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxış edən Türkiyənin enerji və təbii qaynaqlar nazirinin müavini Yusuf Yazar bildirib.

Layihənin Avropa üçün əhəmiyyətindən danışan Y.Yazar qeyd edib ki, hazırda Türkiyə və Azərbaycan şirkətləri arasında müvafiq danışıqlar aparılır, işlər yerinə yetirilir.

Qeyd edək ki, «Nabucco» qaz kəməri layihəsinin dəyəri 7,9 mlrd. avro təşkil edir. Tikinti işləri 2011-ci ildə başlayacağı gözlənilir və qazın nəqli 2014-cü ildə reallaşacaq. Bu qaz kəməri Bakı-Tiflis-Ərzurum qaz kəmərinin ardı olacaq və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasının təmin edəcək.

«Cənub axını» isə Novorossiyskdən Bolqarıstana qazın ixrac edilməsi üçün İtaliya və Russiyanın birgə əməkdaşlığı ilə Qara dənizin dibi ilə qaz kəmərinin inşası layihəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR