Bank Of Baku

Bakıda beynəlxalq neft-qaz sərgisi başlayıb - FOTOSESSİYA

Bakıda beynəlxalq neft-qaz sərgisi başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 01 iyun 2010 11:57 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Böyük Britaniyanın «ITE Group Plc.» şirkəti tərəfindən təşkil olunmuş sərgi Azərbaycanın Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və ARDNŞ-in dəstəyi ilə yeni istifadəyə verilmiş «Bakı Ekspo» sərgi mərkəzində açılıb.

Sərginin açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev «Bakı Ekspo» mərkəzinin neft-qaz sərgisi ilə açılmasını mühüm hadisə adlandırıb. Prezident Azərbaycanın neft-qaz sektorunun inkişafından, son illər ölkə iqtisadiyyatında həyata keçirilən layihələrdən danışıb.

Daha sonra Türkiyənin enerji və təbii qaynaqlar nazirinin müavini Yusuf Yazar, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Məhəmməd bin Daen Əl-Həmlin çıxış ediblər.

Sərgidə Gürcüstan prezidenti Mixail Saakaşvilinin və ABŞ-ın dövlət katibi Hillari Klintonun məktubları oxunub. ABŞ dövlət katibinin Avrasiya enerji məsələlər üzrə müavini Riçard Morninqstar çıxışında bildirib ki, ABŞ regionda həyata keçirilən neft-qaz layihələrində iştirakından məmnundur. Dəfələrlə bu sahədə əməkdaşlığın genişləndirilməsinə dair məsələlərin ABŞ rəhbərliyi qarşısında qaldırıldığını deyən R.Morninqstar H.Klintonun məktubunu oxuyub. Dövlət katibi məktubunda bildirib ki, Birləşmiş Ştatlar enerji layihələrinin həyata keçirilməsində Azərbaycana dəstək olmasından şərəf duyur, rəsmi Bakının səylərini dəstəkləyir. ABŞ eyni zamanda Cənub Dəhlizi layihəsində Azərbaycanın davamlı iştirakını da arzulayır.

Qeyd edək ki, 4 gün davam edəcək sərgidə 26 ölkədən 280 şirkət iştirak edir. Sərgiyə qatılmış şirkətlər arasında BP, «Statoil», «Inpex», «Petkim», OMV, RWE, TPAO, «BOTAŞ» və s. bu kimi tanınmış şirkətlər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR