Bank Of Baku

Mingəçevir Su Anbarında suyun səviyyəsinin artması Su Elektrik Stansiyasının fəaliyyətinə mənfi təsir göstərməyib

Mingəçevir Su Anbarında suyun səviyyəsinin artması Su Elektrik Stansiyasının fəaliyyətinə mənfi təsir göstərməyib
# 01 iyun 2010 12:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mingəçevir Su Anbarında toplanan suyun səviyyəsinin artması Mingəçevir Su Elektrik Stansiyasının fəaliyyətinə heç bir mənfi təsir göstərməyib. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

M.Əsgərovun sözlərinə görə, bu il anbara su əvvəlki illərdəkindən fərqli olaraq fevral ayının sonundan dolmağa başlayıb və həcm də çox olub: «Adətən Kür çayında suyun səviyyəsi aprel ayında artır. Kür çayının deltasının buraxma qabiliyyəti az olduğundan, anbardan suyun müəyyən həcmdə buraxılmasına zərurət yaranmışdı. Bu gün Mingəçevir Su Anbarında işlədilməsinə belə baxmayaraq su maksimum səviyyədədir və artıq səviyyə aşağı salınmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR